AZ

Aİ-nin Rusiya qazına qadağa qərarı Avropanın maraqlarına ziddir - Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının 2027-ci ildən etibarən Rusiya qazının idxalına tam qadağa qoymaq qərarını tənqid edib.

Missiya.Az xəbər verir ki, bu barədəRusiya KİV məlumat yayıb.

Peskov qeyd edib ki, qəbul edilən qərar Avropa ölkələrinin iqtisadi maraqlarına uyğun deyil.

Onun sözlərinə görə, bu addım rasional yanaşmadan uzaqdır və nəticədə Avropa iqtisadiyyatına zərər vuracaq.

Qeyd edək ki, Aİ-nin qərarına əsasən, Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qoyulan qadağa 2027-ci ilin əvvəlindən, boru kəməri vasitəsilə nəql olunan qazın idxalına isə həmin ilin payızından qüvvəyə minəcək.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr