®“SİMA KYC”nin “Videozəng” həlli vasitəsilə “Yelo Bank”da hüquqi şəxslər üçün hesab açılması prosesi rəqəmsallaşıb.
İnteqrasiya sayəsində artıq hüquqi şəxslər banka getmədən, tam rəqəmsal və təhlükəsiz formada biznes hesabı aça bilirlər. Bunun üçün müştəri “Yelo Bank”ın veb saytında “İnternet Bankçılıq” platforması üzərindən qeydiyyatını bitirdikdən sonra videozəng mərhələsinə keçid edir. Bu mərhələdə “SİMA KYC”nın “Videozəng” həlli ilə məsafədən şəxsin identifikasiyası aparılır. İdentifikasiya prosesi biometrik üztanıma texnologiyası əsasında həyata keçirilir. Proses zamanı bir neçə formada canlılıq testi aparılır. Bu isə həm şəxsin eyniləşdirilməsini təmin edir, həm də zəngin qaydalar çərçivəsində aparıldığını müəyyən edir.
Qeyd edək ki, “SİMA KYC” məhsulunun tərkib hissəsi kimi təqdim olunan “Videozəng” həlli bankların və digər maliyyə qurumlarının bazarda formalaşdırdığı tələbat əsasında hazırlanıb. Həll müştərilər və maliyyə qurumları arasında təhlükəsiz videozəng prosesini təmin edir. Bu sistem yeni müştərilər üçün məsafədən hesab açılması prosesini xeyli sadələşdir və Azərbaycan Mərkəzi Bankının tələblərinə tam şəkildə uyğundur.
“Videozəng” həlli ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.