AZ

Uşaqlara özbaşına antibiotik vermələrinin fəsadları - Səhiyyə Nazirliyinin mütəxəssisi aydınlıq gətirir

Bakı. Trend:

Antibiotiklər müasir dövrün ən mühüm kəşflərindən biri olsa da,onların düzgün və məqsədli istifadəsi olduqca vacibdir. Xüsusiləuşaqlarda antibiotiklərin həkim məsləhəti olmadan, ana öz təşəbbüsüilə verməsi ciddi fəsadlara səbəb ola bilər.

Trend xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM)“Sağlam səhər” efirində pediatr Aynur Adıgözəlova açıqlayıb.

Onun sözlərinə görə, bütün valideynlərə aid olmasa da, bəzivalideynlər tez sağalsın düşüncəsi ilə ilkin əlamətlərdə kor-koranəantibipotikə əl atırlar:

“Ən böyük problemlərdən biri antibiotiklərə rezistentliyin(davamlılığın) yaranmasıdır. Antibiotik lazım olmadığı və ya qeyri– düzgün dozada verildiyi halda, bakteriyaların həmin dərmanalaraqarşı davamlığı artır. Bu isə gələcəkdə uşağın həqiqətənantibiotikə ehtiyacı olduqda müalicənin təsirsiz qalmasına səbəbola bilər. Nəzərə alsaq ki, bəzi uşaqların antibiotiklərə qarşıhəsaslığı və güclü allergik reaksiyası olur, bu istifadə olunabiləcək dərman siyahısını da azaldır”.

Pediatr qeyd edib ki, allergik reaksiyalar özünü zəif dərisəpkilərindən tutmuş, ağır anafilaktik reaksiyalar şəklində göstərəbilər:

“Tibbi personal antibiotik istifadəsindən əvvəl hər zaman sınaqapararır. Əgər hansısa reaksiya qeydə alınarsa, o antibiotokinistifadəsi qəti qadağan hesab olunur. Amma təəssüf olsun ki, tibbitəhsili olmayan valideynlər bu qaydalara əməl etmir. Antibiotiklərvirus mənşəli xəstəliklərdə də təsirsizdir. Soyuqdəymə, qrip,öskürəklər çox vaxt virus mənşəli olur. Belə halda antibiotikvermək uşağı nə sağaldır, nə də xəstəliyin müddətini qısaldır.Lazımsız dərman yüklənməsi ilə əlavə stress yaradır. Digər mühümfəsad uşağın immun sisteminə mənfi təsiridir. Antibiotik pis vəyaxşı bakteriyaları ayıra bilmədiyinə görə qarşısına çıxan bütüncanlıları öldürür. Ən çox əziyyət çəkən isə bağırsaq mikroflorasıolur. Bu isə uşaqda bağırsaq disbakteriozuna səbəb olur. İshal,qarın ağrıları, köp və həzm problemləri, dolayısı ilə orqanizməlazım olan formalı elementlərin sovrulmasının pozulması baş verir.Bəzən bağırsaq mikroflorasinin tam bərpası uzun zaman alır”.

Məqalədə:
Seçilən
50
7
az.trend.az

8Mənbələr