AZ

Tanınmış voleybolçu İmamoğlu ilə sevgili olub? Şəxsi təyyarə, mənzil...

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) işi ilə bağlı adı hallanan voleybolçu Derya Çayırgan prokurorluqda verdiyi ifadədən sonra sosial media hesabında açıqlama yayıb.Demokrat.az bildirir ki, o, Ekrem İmamoğlu ilə bağlı pul, şəxsi münasibət və xüsusi jet iddialarını təkzib edib.Derya Çayırganın sözlərinə görə Ekrem İmamoğlu da daxil olmaqla heç bir siyasətçidən 50 min avro və ya hər hansı məbləğdə pul almayıb. İdmançının dediyinə görə gəlirləri uzun illər davam edən peşəkar idman karyerası, klub maaşları və sponsorluqlardan ibarətdir.Voleybolçu İmamoğlu ilə sevgi münasibəti yaşaması barədə yayılan məlumatların əsassız olduğunu deyib. O, aralarında heç bir şəxsi münasibətin olmadığını bildirib.Xüsusi şəxsi təyyarə ilə uçuş iddialarına da münasibət bildirən Çayırgan heç vaxt xüsusi təyyarəyə minmədiyini və adı çəkilən uçuşlarda iştirak etmədiyini açıqlayıb.O, hazırda yeganə daimi gəlirinin aylıq təxminən 40 min lirə məbləğində olan kirayə gəliri olduğunu qeyd edib. Aktiv idman karyerasını davam etdirdiyi halda aylıq gəlirinin 1 milyon lirəyə yaxın ola biləcəyini bildirib.Voleybolçu barəsində yayılan iddialarla bağlı hüquqi proses başladıldığını açıqlayıb.Kənan

Demokrat.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
demokrat.az

1Mənbələr