AZ

Bakının kanalizasiya problemi aradan qalxır Yeni qərar

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İllərdir davam edən su kəsintilərinin və yağış yağanda küçələri su basması problemi həll olunur. Yeni borular və müasir nasoslar sayəsində evlərə gələn suyun təzyiqi və keyfiyyəti artacaq. Ən əsası, ciddi nəzarət mexanizmi sayəsində işlərin keyfiyyətsiz görülməsinin qarşısı alınacaq. Yəni yaxın illərdə sakinlər daha rahat və problemlərsiz kommunal xidmətlərdən yararlana biləcəklər.Demokrat.az saytı xəbər verir ki, Baş nazir Əli Əsədov Bakı və Abşeronda su təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm sərəncam imzalayıb. Bu sənəd 2035-ci ilə qədər paytaxtın su və yağış suları sisteminin necə qurulacağına nəzarət edəcək. Bakı və ətraf qəsəbələrdə su və kanalizasiya xətlərinin tamamilə yenilənməsi üçün böyük işlərə başlanılır.Baş nazirdən su təchizatına dair Dövlət Proqramı ilə bağlı sərəncamYeni qaydaya görə, görülən hər bir iş ciddi şəkildə yoxlanılacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hər il hökumətə hesabat verəcək. Su ehtiyatları ilə bağlı qurumlar isə gördükləri bütün işləri xüsusi elektron sistemə daxil etməli olacaqlar. Beləliklə, işlərin hansı mərhələdə olduğu anbaan izləniləcək.Bu layihənin həyata keçirilməsi paytaxtın gələcəyi üçün çox vacibdir. Çünki əhali artdıqca köhnə borular tələbatı ödəmir. Dövlət bu proqramla həm su itkisinin qarşısını almağı, həm də şəhərin infrastrukturunu müasirləşdirməyi hədəfləyir. Bu, ölkənin iqtisadi və ekoloji təhlükəsizliyi üçün atılan böyük bir addımdır.Qeyd edək ki, proqram 2026-cı ildən başlayaraq 10 il ərzində icra ediləcək.Kənan

Demokrat.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
demokrat.az

1Mənbələr