AZ

Pəhriz marafonları sonradan sürətli çəki almağa gətirib çıxarır – Təranə Rəcəbli

Bakı. Trend:

Hamiləlik dövründə normal çəki artımı 10–16 kiloqram arasındaolmalıdır. Doğuşdan sonra bu artıq çəkinin təxminən 8–10 kiloqramıtəbii şəkildə azalır.

Bunu Trend-əmüsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri TəranəRəcəbli bildirib.

Onun sözlərinə görə, müayinələrdən keçmədən, çəki artımınınsəbəblərini dəqiqləşdirmədən pəhriz marafonlarına qoşulmaqtəhlükəlidir:

“Azhərəkətlilik isə həddindən artıq çəki artımına səbəb olabilər. Doğuşdan sonrakı ilk altı ay ərzində qadınlar çəki verməkməqsədilə pəhriz proqramlarına aludə olmamalıdırlar. Altı aydansonra isə çəkinin azaldılması məsələsi həkim məsləhəti ilə gündəməgətirilə bilər. Nəzərə almaq lazımdır ki, hamiləlik və zahılıqdövrü qadın orqanizminin ən həssas mərhələlərindən biridir. Budövrlərdə sağlamlığın sosial şəbəkələrdə yayılan marafonlara, eləcədə heç bir tibbi müayinə aparılmadan qeyri-peşəkar şəxslərtərəfindən tərtib edilən pəhrizlərə həvalə edilməsiyolverilməzdir".

Həkim qeyd edib ki, çəki artımının yeganə səbəbi alimentar, yəniqidalanma amili deyil:

"Bəzi hallarda tövsiyə edilən arıqlama çayları ciddi sağlamlıqriskləri yarada bilər. İlk baxışdan təhlükəsiz görünən bu cürqeyri-peşəkar yanaşmalar sonradan ağır fəsadlara gətirib çıxarabilər. Bu tip marafonları təşkil edən şəxslər əksər hallardaqeyri-peşəkar olurlar. Müayinələrdən keçmədən və çəki artımınınsəbəbi dəqiqləşdirilmədən pəhriz tətbiq etmək təhlükəlidir. Bu cürpəhrizlər vasitəsilə qısa müddətdə çəki vermək mümkün olsa da, birmüddət sonra daha artıq çəki yığılması müşahidə edilir. Çünki buyanaşmalar maddələr mübadiləsinin bütün mexanizmlərini pozur”.

Seçilən
70
1
az.trend.az

2Mənbələr