Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 23 hərbçi həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə İndoneziya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, hərbçilər təlim zamanı torpaq sürüşməsi altında qalıblar.
Antara agentliyinin məlumatına görə isə, torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 38-ə çatıb. Daha əvvəl hakimiyyət orqanları 25 nəfərin həlak olduğunu bildirmişdi. Axtarış-xilasetmə əməliyyatına təxminən 800 fövqəladə xidmət əməkdaşı cəlb olunub.
Faciə yanvarın 24-də güclü yağışlar fonunda Qərbi Bandunq dairəsində yerləşən Pasir Langu yaşayış məntəqəsində baş verib.
Məryəm Quliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.