Böyük Britaniya Baş naziri Kir Starmer sabah Çinə dörd günlük rəsmi səfərə yola düşəcək.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu, 2018-ci ildən bəri Britaniya Baş nazirinin Çinə ilk rəsmi səfəridir.
Bundan əvvəl o vaxtkı Baş nazir Tereza Mey 2018-ci ildə Pekinə üç günlük səfər edib.
"Cebheinfo.az"