AZ

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 87 xarici vətəndaşı ölkədən çıxarıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyinin məlumatına görə, Azərbaycan, Banqladeş, Misir, İsrail, Hindistan, İran, İordaniya, Qazaxıstan, Çin, Livan, Suriya, Sudan, Nigeriya, Rusiya, Tayland, Türkmənistan, Türkiyə, Özbəkistan və Cənubi Afrika vətəndaşları Gürcüstandan çıxarılıb.

Göstərilən şəxslərin respublikaya girişi qadağan edilib.

Qeyd edək ki, son zamanlar Gürcüstan parlamenti immiqrasiya qanunlarını sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını sadələşdirib. Hər ay Gürcüstan Daxili İşlər Nazirliyi onlarla xarici vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
2
olaylar.az

3Mənbələr