AZ

Hasil Abbasov: Yeni iş yerlərinin yaradılmasını təşviq edirik

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026- cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, agentlik 2026-ci ildə məzmunun genişləndirilməsi ilə bağlı işlər həyata keçirəcək: "Həmçinin yeni iş yerlərinin yaradılmasını və mövcud iş yerlərinin saxlanılmasını da təşviq edirik. 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının birgə maliyyələşdirilməsi prosesi həyata keçirilib. Bu istiqamətdə 1763 vətəndaşımız da işlə təmin edilib". Agentlik sədri, həmçinin 2025- ci ildə 218 əmək yarmarkasının təşkil edildiyini bildirib. O, yarmarkalarda 2200-dən çox işəgötürənin 18 mindən çox vakansiya ilə iştirak etdiyini diqqətə çatdırıb. AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
azvision.az

3Mənbələr