AZ

Agentlik sədri: Növbəti dörd ildə bəzi peşələr aktuallığını itirəcək

Növbəti 4 il ərzində bəzi peşələr aktuallığını itirəcək.

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, dünya iqtisadi Forumunun işlərin gələcəyi hesabatına görə, 2030-cu ilədək bəzi peşələr aktuallığını itirəcək:

"Süni intellekt bəzi mütəxəssislərin işini görəcək. Peşələri transformsiya edəcək. Süni intellektlə bağlı, Aİ dizayner, promter və s. işlər üzrə artıq vakansiyalar qoyulur. İnsan amili texniki istiqamətlər üzrə aza bilər".

H.Abbasov əlavə edib ki, dünya üzrə 2017-ci ildən bəri doğulan uşaqların 60%-dən çoxu əmək qabiliyyətli yaşa çatanda hansı işlə məşğul olacağı məlum deyil.

Seçilən
26
2
far.az

3Mənbələr