AZ

Britaniyanın baş naziri Makronun eynəyi ilə belə zarafat etdi

ain.az bildirir, Azpost portalına istinadən.

Böyük Britaniyanın baş naziri Kir Starmer Fransa prezidenti Emmanuel Makronla bağlı zarafat xarakterli video paylaşıb. Video Starmerin rəsmi TikTok hesabında yayımlanıb.

Qısa videoda Britaniya hökumət başçısı Emmanuel Makronun Davos İqtisadi Forumunda taxdığına bənzər gün eynəyi ilə kamera qarşısına çıxır və izləyiciləri fransızca “bonjour” sözü ilə salamlayır. Qeyd edək ki, Emmanuel Makron Davosda gün eynəyi taxmasını gözündə damar partlaması ilə izah etmişdi.

Kir Starmer videonun təsvir hissəsində Emmanuel Makronun rəsmi hesabını işarələyərək “Talk to me, Goose” (“Mənimlə danış, Qus”) ifadəsini yazıb. Bu ifadə “Top Gun” (“Ən yaxşı atıcı”) filmindəki məşhur səhnəyə istinad kimi qiymətləndirilir. Filmdə baş qəhrəman oxşar formalı aviator eynəklərdən istifadə edir.

Məlumata görə, video Kir Starmerin Political Party Live podkast-şousunda iştirakından sonra paylaşılıb.

https://azpost.info/wp-content/uploads/2026/01/AQPBmtbXrgzB4c5uGLbRYSFSNs0Xc_QliF8R7IVsFDwlI-rNo8AOytJ-mrrA3Tevs2GkIC-uokYyZ5_-96lnKbEJXjOTIKcQdmPfgKr-Jw.mp4

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
azpost.info

2Mənbələr