İrana mümkün hücum ehtimalı müzakirə olunarkən ABŞ-nin bölgəyə göndərdiyi təyyarədaşıyan gəmi diqqəti çəkib.
“Unikal” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial media platformasında "USS Abraham Linkoln" (CVN 72) təyyarədaşıyan gəmisinin fotosunu paylaşıb.
Paylaşımda “USS Avraam Linkoln (CVN 72) təyyarədaşıyan gəmisində dənizçilər Hind Okeanında seyr edərkən müntəzəm texniki qulluq işləri aparırlar” qeyd olunub.
"Nimits" sinifli, nüvə enerjisi ilə işləyən "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi 1989-cu ildə ilk dəfə dənizə çıxıb. İki nüvə reaktoru ilə işləyən bu təyyarədaşıyan gəmi nüvə yanacağını dəyişdirmədən 20-25 il işləyə bilir. Bu nəhəng təyyarədaşıyan gəmi saatda 56 km sürətə çata bilir.

Amerika nüvə təyyarədaşıyan gəmilərinin texniki xidməti bir neçə il çəkə bilər. "USS Abraham Lincoln" da 2013-cü ildən 2017-ci ilə qədər texniki xidmət, təmir və nüvə yanacağının dəyişdirilməsi üçün gəmiqayırma zavodunda olub. Texniki xidmətin dəyəri 2 milyard dollar olaraq qiymətləndirilir.

Həmçinin, "USS Abraham Linkoln"da F-18 Super Hornet, F-35 və EA-18G Growler kimi qırıcı təyyarələrdən ibarət altı fərqli hava eskadrilyası fəaliyyət göstərir.
Bundan əlavə, gəmidə hava kəşfiyyatı təyyarələri də var və missiyalar zamanı dəstək verirlər.
Ayxanım Məlikova