AZ

İranda etirazlardan sonra edamlar BAŞLADI

 

 
  •  
  •  
  •  
  •  

İran İslam Respublikası ölkə miqyasında keçirilən kütləvi etirazlarda saxlanılan Məşhəddən olan idmançı və bodibildinq məşqçisi Əli Rəhbəri dar ağacından asıb.

Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Bildirilir ki, bu, ölkədə hökumət əleyhinə etirazlara görə sayca ilk edamdır.

Məlumata görə, 33 yaşlı Rəhbər yanvarın 23-ü səhər saatlarında dar ağacından asılıb. O, etiraz aksiyalarına qatıldığına görə cəmi on gün əvvəl həbs olunub.

Xatırladaq ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabrında milli valyutanın (rial) kəskin dəyər itirməsi nəticəsində başlayıb. Başlanğıcda iqtisadi etirazlar olan aksiyalar qısa müddətdə siyasi xarakter alaraq ölkənin bir çox böyük şəhərinə yayılıb və minlərlə insanın həbsi və ölümü ilə nəticələnib.

 

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr