Bakı, 27 yanvar, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bərdə rayonunun Yeni Həyat kəndindən Çəmənli kəndi istiqamətinə gedən yolun üzərindəki körpünün yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 30 ədəd güllə aşkar edilərək götürülüb.
Bu barədə Ədliyyə Nazirliyinin mətbaut xidmətindən AZƏRTAC-a məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır.