“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta İngiltərə Premyer Liqasının digər klubunun maraq dairəsindədir.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumata görə, fransalı futbolçunu“Nottinghem Forest” transfer etmək istəyir. Sözügedən klub artıq futbolçunun agenti və klubu ilə danışıqlara başlayıb.
Daha əvvəl Matetaya “Aston Villa” və “Yuventus” da maraq göstərib, lakin “quşlar”ın maliyyə tələbləri klubları çəkindirib.
Transfermarkt portalının məlumatına görə, Matetanın bazar qiyməti 40 milyon avrodur.
Xatırladaq ki, fransalı hücumçunun “Kristal Pelas”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bu mövsüm Mateta 33 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.