ain.az, Modern.az portalına istinadən məlumat yayır.
Rusiya qoşunlarını Suriyanın şimal-şərqindəki keçmiş kürd muxtar bölgəsinin bir hissəsi olan Qamışlı hava limanından geri çəkib.Modern.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, qoşunların və silahların geri çəkilməsi ötən həftə başlayıb. Bəzi qüvvələrin Suriyanın qərbindəki Rusiyanın Xmeymim aviabazasına köçürülməsi, digərlərinin isə Rusiyaya qaytarılması gözlənilir.
Suriya təhlükəsizlik mənbəyi agentliyə bildirib ki, son iki gündə Qamışlıdan Xmeymim hava bazasına hərbi texnika və ağır silahlar köçürülüb.
“Reuters” qeyd edib ki, 26 yanvarda Qamışlı hava limanında Rusiya nişanları olan iki təyyarə park edilib.
Eyni zamanda, Qamışlıdakı Rusiya bazasının ərazisindən çəkilmiş video yayımlanıb. Görüntülərdə qoşunların geri çəkilməsi zamanı hava limanında qalan əşyalar, eləcə də rabitə qülləsi üzərində dalğalanan Rusiya bayraqları görünür.
Qamışlı Suriyadakı üç Rusiya bazasından biridir. Rusiya 2019-cu ildə oraya qoşun yerləşdirib və Suriya rejimi dəyişdirdikdən sonra belə Qamışlıdan çıxmayıb, hətta 2025-ci ilin yayında mövcudluğunu artırıb.Sözügedən aerodrom şimal-şərqi Suriyanı izləmək və keçmiş kürd muxtariyyətini – terrorçuları türkiyəli qüvvələrdən qorumaq üçün istifadə olunurdu. Lakin Bəşər Əsəd rejiminin devrilməsindən sonra hava limanı hərbi əhəmiyyətini itirdi.
"Kommersant" qəzetinin məlumatına görə, Suriya hakimiyyəti kürd terrorçularını ərazidən qovduqdan sonra Rusiya qoşunlarından hava limanını tərk etmələri istənilib, çünki Rusiya Silahlı Qüvvələrinin "artıq orada heç bir işi qalmayıb".
Suriyanın şimal-şərqində qoşun saxlayan ABŞ da əvvəllər kürd yaraqlılarına etdiyi dəstəyi dayandıraraq missiyasını azaldıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.