AZ

Kərə yağının qiyməti artdı: Səbəb nədir?

Məlum olduğu ki, yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5 faizdən dən 15 faizə qaldırılıb. 

İdxal rüsumunun artırılmasının kərə yağı qiymətlərinə də təsir edəcəyi ehtimal olunur. Məlumata görə, artıq bu həftədən etibarən bir sıra kərə yağlarının qiymətlərində artım, dəyişiklik var. Belə ki, 1 manat 50 qəpiklə 3 manat aralığında qiymət artımı yaşanır.

Maraqlıdır, kərə yağının qiymət artımına səbəb nədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, qiymət artımının əsas səbəbi kərə yağının idxal rüsumunun 5 faizdən 15 faizə qaldırılmasıdır:

390563

"Azərbaycan bazarında satılan kərə yağlarının böyük hissəsi idxal olunduğu üçün rüsum artımı birbaşa maya dəyərini yüksəldir. İdxalçılar və satıcılar artan xərcləri qiymətə əlavə etməyə məcbur qalırlar".

Ekspert digər səbəblərdən də bəhs edib:

"Həmçinin, yerli istehsalın tələbatı ödəməməsi, dünya bazarında kərə yağı qiymətlərinin yüksəlməsi və logistika xərclərinin artması da qiymətlərin qalxmasına təsir edir. Əslində, rüsum dəyişikliyinin təsiri dərhal yox, əvvəlki ehtiyatlar tükəndikdən sonra hiss olunduğu üçün qiymət artımı qarşıdakı aylarda daha aydın görünməyə başlayıb".

Günel

Seçilən
62
50
hit.az

10Mənbələr