
“Real Madrid” klubunun və Braziliya millisinin keçmiş müdafiəçisi Marselonun 16 yaşlı oğlu Enzo Alves klubla ilk peşəkar müqaviləsini imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilənin şərtləri ilə bağlı məlumat verilməyib.
Lakin o, “Real Madrid” akademiyasının yetirməsi olduğu üçün müqavilənin uzunmüddətli olacağı gözlənilir.
Gənc yaşına baxmayaraq, Enzo Alves 2017-ci ildən “Real Madrid”də çıxış edir. O, hazırda Madrid klubunun 18 yaşadək komandasında oynayır və bu mövsüm artıq üç oyunda iştirak edib.
Qeyd edək ki, Marselo 2007-ci ildən 2022-ci ilə qədər “Real Madrid”də oynayıb. O, klubdakı karyerası ərzində 546 oyunda iştirak edib, 38 qol vurub və 104 məhsuldar ötürmə edib.