AZ

Köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatdı, açarlar təqdim edildi -FOTO

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar sakinlərə təqdim edilib.
 
Moderator.az xəbər verir ki, bu mərhələdə kəndə 20 ailə (103 nəfər) köçürülüb.
 
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Seçilən
86
4
moderator.az

10Mənbələr