AZ

Bu ölkədə sosial şəbəkə uşaqlara qadağan olundu

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransa parlamentinin aşağı palatası 15 yaşdan kiçik yeniyetmələr üçün sosial şəbəkələrin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, deputatlar birinci oxunuşda məqsədi 15 yaşdan kiçik yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəni qadağan etmək olan qanun layihəsini qəbul ediblər.

Təşəbbüsün müəllifi “Renessans” partiyasından olan deputat Laura Millerdir.

Onun sözlərinə görə, qanun sosial şəbəkələrin artan təsirindən fransız gənclərinin psixi sağlamlığını qorumağı hədəfləyir. Sənəd eyni zamanda, yuxarı sinif məktəblərinin binalarında mobil telefonlardan istifadəyə də qadağa qoyur.

Qanun layihəsi mərkəzçi və sağçı qüvvələrdən olan deputatların əksəriyyəti tərəfindən dəstəklənib. Ona qarşı isə “Tabe olmayan Fransa” partiyasından olan solçu deputatların bir hissəsi səs verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
lent.az

1Mənbələr