AZ

Ruhin Tağıyevin vəkili öldü -Məhkəməsi təxirə DÜŞÜ

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi mayor Ruhin Tağıyevin məhkəməsi başlayıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Məhkəməyə sədrlik edən hakim Günel Səmədova bildirib ki, Ruhin Tağıyevin müqavilə bağladığı vəkil Kərimağa Tağıyev ötən gün vəfat edib. Bu səbəbdən ona dövlət hesabına vəkil təyin edilib.

Məlumat üçün deyək ki, K.Tağıyev uzun illər prokurorluqda işləyib. Ötən il baş prokuror Kamran Əliyev 70 yaşı münasibətilə ona təbrik məktubu göndərmişdi.

Yeni vəkil cinayət işi ilə tanış olmadığı üçün hazırlıq iclası 4 fevrala kimi təxirə salınıb.

Qeyd edək ki, R.Tağıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Seçilən
52
6
redaktor.az

7Mənbələr