Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Səbinə Mansur qızı Rzayevanın Özbəkistandan idxal etdiyi "İmronxon Umarxon Biznes" şirkətinin istehsalı olan 1 008 kiloqram qurudulmuş yemiş və "İspanza Oq Kishmish Uzumlari" şirkətinin istehsalı olan 288 kiloqram halva məhsulundan götürülən nümunələrin müayinəsi nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında məhsul partiyaları məhv edilib.






Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.