AZ

Elçin Məsiyev Avropa Liqasının oyununda

style='margin-bottom:10px;'>

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda keçiriləcək "Midtyülland" (Danimarka) - "Dinamo" (Zaqreb, Xorvatiya) matçın idarə edəcək.

E.Məsiyevə yan xətt hakimləri kimi Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş yanvarın 29-u Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 30-u, saat 00:00-da başlanacaq.

Seçilən
108
1
teleqraf.com

2Mənbələr