ain.az, Sherg.az portalına istinadən məlumat verir.
Aleksandre Tsuladze İsveçrənin Rusiyadakı səfirliyi nəzdindəki Gürcüstanın maraqları bölməsinin rəhbəri təyin olunub.
APA-nın yerli bürosu xəbər verir ki, o, bu vəzifədə Mamuka Merkviladzeni əvəzləyib.
Gürcüstanın Xarici İşlər Nazirliyi Aleksandre Tsuladzenin Rusiyaya diplomatik nümayəndə təyin edilməsini təsdiqləyib.
Qeyd edək ki, Aleksandre Tsuladze 2024-2025-ci illərdə Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsini tutub.
Xatırladaq ki, Gürcüstan və Rusiya arasında diplomatik əlaqələr 2008-ci il müharibəsindən sonra dayandırılıb. Hər iki ölkənin maraqlarını Tbilisi və Moskvada İsveçrə səfirliklərindəki bölmələr təmsil edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.