Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən regionlarda sahibkarların müraciətlərinin yerində öyrənilməsi, təkliflərinin dinlənilməsi məqsədilə qəbullar təşkil olunacaq. Bu çərçivədə 2026-cı il ərzində KOBİA-nın rəhbər şəxslərinin ölkənin müxtəlif bölgələrində qəbullarının keçirilməsi nəzərdə tutulur.29 yanvar 2026-cı il tarixində KOBİA-nın İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Xaçmaz, Quba və Qusar rayonlarından olan sahibkarları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən “Xaçmaz KOB evi”ndə (Xaçmaz şəhəri, Bakı prospekti 45 ünvanında) keçiriləcək.Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (055 200 03 79, [email protected], Azər Pənahov, KOBİA-nın Quba-Xaçmaz iqtisadi rayonu üzrə koordinatoru).
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


