
İran hökumətinin sözçüsü Fatimə Mühacirani ölkədə internetin kəsilməsinin etirazlar zamanı insanların həyatını qorumaq məqsədi daşıdığını qeyd edib.
Missiya.Az xəbər verir ki, o bunu mətbuat konfransı zamanı deyib.
Siyasətçi etirazlar zamanı ölənlərin sayının təxminən 3 min nəfərə yaxın olduğunu iddia edib.
Mühacirani əlavə edib ki, təhlükəsizlik şəraiti səbəbindən internetin bərpası ilə bağlı qərarı hökumət yox, təhlükəsizlik qurumları verir.
Onun sözlərinə görə, informasiya azadlığı hökumətin prinsiplərindən biri olsa da, mövcud vəziyyət məhdudiyyətləri zəruri edir.
“Üç min ölüm kiçik rəqəm deyil. Bu, insan həyatıdır. Əgər həyatları qorumaq üçün interneti kəsmək lazımdırsa, hamımız bu qərara tabe olmalıyıq”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az