AZ

O qələbədən sonra Bekhem oğluna “ilişdi”, bu cavabı aldı

İngiltərə Premyer Liqasının 23-cü turunda “Mançester Yunayted”in “Arsenal”a qalib gəlməsindən (3:2) sonra “qırmızı şeytanları”ın sabiq futbolçusu Devid Bekhem oğlu ilə zarafatlaşıb.

Publika.az xəbər verir ki, Bekhemin oğlu Romeo “Arsenal” azarkeşidir. Devid Bekhem sosial mediada “Mançester Yunayted”də keçirdiyi vaxtdan bir şəkil paylaşaraq “Yaxşısan, Romeo?” yazıb.

23 yaşlı Romeo Bekhem Premyer Liqanın turnir cədvəlinin ekran görüntüsü ilə tez bir zamanda cavab verib: “Çox rahat olmayın. Tələyə düşməmək üçün diqqətli olun”.

İngiltərə Premyer Liqasında 23 oyundan sonra “Arsenal” 50 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Yunayted” isə 38 xalla dördüncü yerdədir.

Seçilən
3
publika.az

1Mənbələr