AZ

Deputat: Rusiyada “Telegram” seçkilərə qədər tamamilə bloklanacaq » AzadMedia.az

Rusiyada “Telegram” 2026-cı ilin sentyabr ayında tamamilə bloklanacaq.

Bu barədə Dövlət Dumasının deputatı Mixail Delyaqin bildirib.

Onun sözlərinə görə, “Telegram” 2026-cı ilin sentyabrında keçiriləcək seçkilərə qədər “YouTube” sxemi əsasında bloklanacaq: “Rusiyada bəzi istifadəçilər "Instagram”dan olduğu kimi, “Telegram”dan da istifadə edə biləcəklər”.

Qeyd edək ki, Rusiyada "Facebook", "Instagram", "WhatsApp" və "YouTube" şəbəkələri tam bloklanıb.

Xatırladaq ki, 2026-cı ilin sentyabr ayında Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək.

Seçilən
11
4
azadmedia.az

5Mənbələr