Prezident İlham Əliyevin qızı Leyla Əliyevanın oğlu Əli Ağalarov özünün rəsmi “İnstagram” hesabında yeni fotosunu paylaşıb.
Publika.az xəbər verir ki, Ə.Ağalarov yazıb ki, foto “Azerbaijan pavilion at St Moritz Polo” tədbirində çəkilib.
Onun paylaşdığı fotoda tamamilə yenilənmiş saç stili və xarici görünüşdəki dəyişiklik, xüsusən də arıqlaması sosial media istifadəçilərinin diqqətini çəkib.
Qeyd edək ki, 40 ildən artıqdır İsveçrənin Sankt-Moritz şəhəri qar polosu üzrə Dünya Kubokunda ən güclü komandaları bir araya gətirir. 41-ci turnir artıq başlayıb və Azərbaycanın Land of Fire komandası ölkəmizi yenidən beynəlxalq arenada təmsil edir.