Bakı. Trend:
Azərbaycan televiziya məkanında ilk dəfə olaraq tarixi mövzunuintellektual yarış formatında təqdim edən “Tarixin oyunu” layihəsitamaşaçıların ixtiyarına veriləcək.
Bu barədə Trend-ə Azərbaycan Televiziya və Radio VerilişləriQSC-dən məlumat verilib.
Bildirilib ki, “Tarixin oyunu” layihəsinin fevral ayındanetibarən AzTV-də yayımlanacağı nəzərdə tutulur.
Layihənin əsas məqsədi iştirakçıların tarixi biliklərinisınamaqla yanaşı, tamaşaçılara yeni faktlar, fərqli yanaşmalar vədüşündürücü suallar təqdim etməkdir.
Ümumi uduş məbləği 10 min manat olan “Tarixin oyunu” layihəsindəistənilən şəxs iştirak edə bilər.
Qeyd edək ki, layihəsinin aparıcısı tanınmış aktyor FirdovsiAtakişiyevdir.