"Barselona"nın yetirməsi Dro Fernandes PSJ-yə transfer olunması ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 18 yaşlı ispaniyalı yarımmüdafiəçinin sözlərini Paris klubunun rəsmi saytı belə çatdırıb:
"Şadam və PSJ-yə keçməyimlə qürur duyuram. Bu mən və ailəm üçün önəmli andır. Klubu uşaqlıqdan tanıyıram. Buarada çox əfsanələr çıxış edib. İndi bütün gücümlə əynimdəki formanın haqqını verməyə köklənmişəm".
Fernandes PSJ ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb. O, Fransa nəhəngində 27 nömrəli formanı geyinəcək. Cari mövsüm "Barselona"nın əsas komandasında 5 matça çıxan Dro 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat