AZ

Energetika naziri Qubada vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov 06 fevral tarixində Quba,Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşlarıqəbul edəcək.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Quba rayon HeydərƏliyev Mərkəzində (ünvan: AZ4000, Quba şəhəri, Heydər Əliyev adınamədəniyyət və istirahət parkı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçünEnergetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “QaynarXətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri(əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected]elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini TənzimləməAgentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev;əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektronpoçt ünvanı: [email protected]vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyininwww.minenergy.gov.azinternet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsivasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Seçilən
46
8
az.trend.az

10Mənbələr