İndi bəhs edəcəyimiz “polkovnik”i ölkədə az qala, hamı tanıyır. Söhbət 2021-ci ildə özünü Fövqəladə Hallar Nazirliyinin komandiri kimi təqdim edərək Türkiyənin Marmaris bələdiyyə sədri mehmet oktay və digər rəsmi şəxslərlə görüşlər keçirən Rasim Əhmədlidən gedir. Onun ağlagəlməz fırıldaqları həmin vaxt ciddi rezonans doğurmuşdu.
Bəs “məşhur polkovnik”in sonrakı taleyi necə oldu?
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Türkiyədəki görüşlərindən sonra beynəlxalq axtarışa verilən Rasim Əhmədli bir müddət sonra tutularaq Azərbaycana gətirilib.
Əvvəlcə Xəzər rayonunda aparılan istintaqla ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar, xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, 2023-cü ildə isə növbəti cinayət epizodları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
.jpg)