AZ

MEETCON 2026: Bakıda Beynəlxalq Konqres keçiriləcək / FOTOLAR

27–30 yanvar 2026-cı il tarixlərində Odlar Yurdu Universiteti və Türkiyənin İKSAD İnstitutu birgə olaraq MEETCON – Bakü / Azərbaycan Uluslararası Sosial və Beşeri Elmlər Konqresini təşkil edəcək.

Konqres həm əyani, həm də onlayn formatda keçiriləcək. Konqresdə sosial və humanitar elmlər, təhsil, təbiət və riyaziyyat, filologiya, incəsənət, hüquq, ilahiyyat, mühəndislik, səhiyyə, idman, kənd təsərrüfatı, turizm, beynəlxalq münasibətlər və süni intellektin təhsildə tətbiqi kimi mövzular əhatə olunacaq.

Konqres çərçivəsində tezislərin göndərilməsi üçün son tarix 16 yanvar 2026-cı il, qeydiyyat və iştirak haqqının ödənilməsi üçün isə 18 yanvar 2026-cı il müəyyən olunub. Onlayn və əyani təqdimatlar 27–30 yanvar 2026-cı il tarixlərində keçiriləcək, tam məqalələrin təqdim edilməsi üçün son müddət isə 31 yanvar 2026-cı il saat 17:00-dır. Konqresin ISBN-li kitabı isə 15 fevral 2026-cı ildə nəşr olunacaq.Azərbaycanlı iştirakçılar üçün ödəniş: online tək təqdimat 55 AZN, iki təqdimat 75 AZN; əyani tək təqdimat 85 AZN, iki təqdimat 100 AZN. Odlar Yurdu Universiteti tələbə və müəllimləri üçün konqres tam ödənişsizdir.

Tezis və məqalələrin qəbulu üçün [email protected] ünvanına müraciət etmək tələb olunur. Əlavə məlumat üçün: meetcon.org

Seçilən
10
qht.az

1Mənbələr