AZ

Evdən 51 min manat oğurlandı

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində evdən 51000 manat və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ev sahibi polisə müraciət edərək yaşadığı evdən oğurluğun naməlum şəraitdə baş verdiyini bildirib.

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb.

Seçilən
61
12
publika.az

10Mənbələr