AZ

İrandan müharibə ilə bağlı açıqlama: Tam hazırıq!

İran mətbuatının yaydığı xəbərlərə görə, Mühacerani paytaxt Tehran şəhərində mətbuat nümayəndələrinə açıqlama verib.

Turkustan.az xəbər verir ki, Mühacerani xarici mediada İrana qarşı müharibə ab-havasının yaradıldığını və bunun İran cəmiyyətində narahatlıq doğurduğunu bildirib. O, çıxışında deyib:

“Müharibə təhlükəsi ilə üz-üzə olduğumuz bu şəraitdə xarici mətbuatda müharibə təbillərinin səsini eşidirik. Lakin bu, qarşılaşdığımız ilk təhlükə deyil. Biz əvvəllər də çoxmərhələli müharibə şəraitində olduğumuzun fərqində olmuşuq.”

Mühacerani vurğulayıb ki, İranın əsas prioriteti problemlərin diplomatik yollarla həllidir:

“Prioritetimiz diplomatiyadır. Bununla yanaşı, digər variantlar da masadadır. Biz müharibəyə tam hazırıq.”

İranda baş verən etirazlar zamanı həyatını itirənlərlə bağlı danışan Mühacerani bildirib:

“Prezidentin də qeyd etdiyi kimi, həyatını itirən hər kəs üçün yas saxlayırıq. 3 mindən çox insanın ölümü kiçik rəqəm deyil. Bu, təhlükə altında olan insan həyatları deməkdir. Təhlükəsizlik qüvvələrimizin vəhşicəsinə qətlə yetirildiyini də unutmuruq. Bu çətin dövrlər bizə yad deyil.”

Aytən Yaşar/ Turkustan.az

Seçilən
39
1
turkustan.az

2Mənbələr