AZ

Rusiyada FSB interneti və telefon əlaqəsini kəsmək hüququ əldə edəcək

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya operatorları FSB-nin tələbi ilə interneti dayandırmaqla məcbur edilə bilər.

Rusiya rabitə operatorları Federal Təhlükəsizlik Xidmətinin (FSB) tələbi əsasında xidmət göstərməni dayandırmaqla bağlı məcburi addımlar atmalı olacaq.

Milli.Az bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.

Bildirilib ki, bu barədə "Rabitə haqqında" qanuna ediləcək dəyişikliklər artıq hökumətin qanunvericilik komissiyası tərəfindən təsdiqlənib.

Dəyişikliyə görə, operatorlar təhlükəsizlik orqanlarının tələbini yerinə yetirmək üçün mobil və ev internetini kəsə biləcək. Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya Nazirliyi tərəfindən hazırlanmış dəyişikliklər "Rabıtə haqqında" federal qanuna əlavə olunacaq. Hökumətin qanunvericilik fəaliyyətinə dair komissiyası artıq bu təşəbbüsü dəstəkləyib.

Layihəyə əsasən, operatorlar vətəndaşların və dövlətin təhlükəsizliyi üçün təhlükə yaradan hallarda rabitə xidmətlərini dayandırmalıdır. FSB-nin belə tələblər göndərə biləcəyi konkret hallar isə prezident və hökumət tərəfindən ayrıca normativ aktlarla müəyyən ediləcək. Eyni zamanda operatorlar xüsusi xidmətlərin tələblərinə əməl etməklə müqavilə öhdəliklərini yerinə yetirmədikləri halda abonentlər qarşısında məsuliyyət daşımayacaqlar.

Dəyişiklik layihəsi Daxili İşlər Nazirliyi, FSB, İqtisadi İnkişaf Nazirliyi və Rospotrebnadzor daxil olmaqla bir sıra qurumlarla razılaşdırılıb. Həmçinin sənədə Rusiya Federasiyası Ədliyyə Nazirliyi, Hökumət yanında Qanunvericilik və müqayisəli hüquq institutunun və prezidentin dövlət-hüquq idarəsinin rəyi verilib.

Ayxan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
news.milli.az

2Mənbələr