AZ

Britaniyanın baş naziri Makronu belə ələ saldı – VİDEO

Böyük Britaniyanın baş naziri Kir Starmer Fransa prezidenti Emmanuel Makronu yumorla ələ salaraq sosial şəbəkələrdə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Starmer üzərində “Bonjour!” (“Salam!”) yazısı olan gün eynəyi taxaraq Makronun Davosda yaratdığı viral obrazına eyham vurub.

Xatırladaq ki, Makronun Dünya İqtisadi Forumu zamanı mavi aviator eynəklərlə görünməsi internetdə sürətlə memə çevrilmişdi. Sosial şəbəkə istifadəçiləri Fransa liderini məşhur “Top Qan” filminin qəhrəmanı ilə müqayisə edərək onun stilini ironik şəkildə şərh etmişdilər.

Kir Starmer isə bu trendə qoşularaq Makronu işarələyib və paylaşdığı videoya filmdən məşhur sitat olan “Talk to me, Goose” (“Mənimlə danış, Qus”) ifadəsini əlavə edib. Bu jest bir tərəfdən zarafat kimi qəbul edilsə də, digər tərəfdən Avropa liderləri arasında yumor dolu diplomatik jest kimi qiymətləndirilib.

Sosial mediada Starmerin bu paylaşımı böyük maraq doğurub, istifadəçilər siyasətçilərin bəzən ciddi gündəmdən kənara çıxaraq daha səmimi və əyləncəli tərəflərini nümayiş etdirməsini müsbət qarşılayıblar.


Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr