Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.


Rekord.az xəbər verir ki, o, Danimarkada yerli "Midtyullann" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları arasında keçiriləcək Liqa mərhələsinin 8-ci turunun oyununu idarə edəcək.


Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.


"Midtyulland" - "Dinamo" qarşılaşması yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.