AZ

BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı beynəlxalq elmi jurnalda dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, dosent Şəhriyar Muxtarovun həmmüəllifi olduğu elmi məqalə Q1 kateqoriyalı, yüksək impakt faktorlu jurnalda dərc olunub.

Bu barədə AzEdu.az-a BMU-dan məlumat verilib.

“A Comprehensive Examination of the Impact of Income and Subtypes of Energy and Waste-Related Patents on Waste Sector Emissions in the USA through Marginal Impact Analysis” adlı məqalənin nəşr olunduğu Renewable Energy adlı jurnal Scopus elmi bazasında indekslənib. Bu tədqiqat ABŞ tullantı sektorunda emissiyalara gəlirin, müxtəlif enerji və tullantılarla bağlı patent növlərinin təsirini marjinal təsir analizi əsasında apaşdırır. Tədqiqatın nəticələri ekoloji siyasət, enerji və innovasiya sahələrində elmi və praktiki əhəmiyyətə malikdir.

Məqalə ilə aşağıdakı link vasitəsilə ətraflı tanış olmaq mümkündür: //www.scopus.com/pages/publications/105025057012?origin=resultslist

Seçilən
11
1
azedu.az

3Mənbələr