AZ

Azərbaycanda araq istehsalı 2032-ci ilə qədər 100 min dekalitrə çatdırılacaq

2032-ci ilə qədər Azərbaycanda araq istehsalının illik həcminin mərhələli şəkildə artırılaraq 100 min dekalitrə çatdırılması planlaşdırılır. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. 

 “Qida təhlükəsizliyi haqqında” qanunvericiliyə əsasən, araq istehsalı üzrə minimum illik həcm 2024–2025-ci illər üçün 20 min dekalitr, 2026–2027-ci illər üçün isə 30 min dekalitr müəyyən edilib.

Məlumatda bildirilib ki, minimum istehsal həcmi tələblərinə əməl edilməməsi istehsalçıların qeydiyyatının ləğvi üçün əsas yarada bilər. Bu səbəbdən istehsalçılara real istehsal həcmlərinə uyğun dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunmasının vacibliyi xatırladılıb.

Aksizli malların, o cümlədən alkoqollu içkilərin qanunsuz dövriyyəsi, eləcə də aksiz markası olmayan və ya saxta markalarla istehsal edilən məhsulların satışı yolverilməzdir və bu sahədə vergi nəzarəti tədbirləri davamlı aparılacaq.

Seçilən
2
1
anews.az

2Mənbələr