Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 32,2 milyon ABŞ dolları dəyərində 298 min 246 ədəd diri qoyun idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 94 %, kəmiyyət olaraq – 76 % çoxdur.
Hesabat dövründə Azərbaycana Rusiyadan 14,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 dəfə çox) 128 min 608 ədəd (+9 dəfə) və Gürcüstandan 17,3 min ABŞ dolları dəyərində (+17 %) 169 min 638 ədəd (+12 %) qoyun gətirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 182 min ədəd qoyunun 88 %-i Gürcüstanın payına düşüb.