“Bayer” heyətini yeni qapıçı ilə gücləndirib.
Msport.az xəbər verir ki, Bundesliqa nəhəngi Mönhenqladbax “Borussiya”sının qolkiperi Yonas Omlinlə anlaşıb.
Leverkuzen klubu 32 yaşlı isveçrəli milli üzvünü cari mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, Omlin bu mövsüm meydanda görünməyib. İsveçrəli futbolçu 2023-cü ildən “Borussiya”da oynayır. O, ümumilikdə 36 oyunda iştirak edib və 63 qol buraxıb.