AZ

Bəzi qida konservantları xərçəng riskini artıra bilər

Fransada aparılan geniş tədqiqat göstərib ki, emal olunmuş qidalarda istifadə olunan bəzi konservantlar xərçəng riskini artıra bilər.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki,100,000-dən çox insanı 10 il boyunca izləyib və nəticələr The BMJ jurnalında dərc olunub.

Tədqiqatda kalium sorbat, sulfitlər, sodyum nitrit və kalium nitrat kimi konservantların yüksək istehlakı həm ümumi xərçəng, həm də süd vəzisi və prostat xərçəngi riskini artırdığı müəyyən edilib. Digər konservantlarda isə belə əlaqə aşkarlanmayıb.

Alimlər nəticələrin tam başa düşülməsi üçün əlavə araşdırmaların lazım olduğunu bildirir, lakin bu tapıntılar qida təhlükəsizliyi qaydalarının yenidən gözdən keçirilməsinin vacibliyini vurğulayır.

Mütəxəssislər əhalini emal olunmuş qidaların istehlakını azaltmağa və daha təbii məhsullara üstünlük verməyə çağırır.

Zeynəb Tehranlı

Seçilən
8
1
azedu.az

2Mənbələr