Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İraq kəşfiyyatının rəhbəri Həmid əl-Şatri The Washington Post qəzetinə açıqlamasında Suriyada İŞİD terror qruplaşmasının üzvlərinin sayının kəskin artdığını bildirib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, son bir ildən bir qədər artıq müddətdə Suriyada fəaliyyət göstərən İŞİD döyüşçülərinin sayı təxminən 2 min nəfərdən 10 min nəfərə yüksəlib. Əl-Şatri bu vəziyyətin İraq üçün ciddi təhlükə yaratdığını vurğulayıb:
“İŞİD harada qərarlaşmasından asılı olmayaraq vahid təşkilatdır. Onlar yenidən ölkə ərazisində möhkəmlənməyə və hücumlar həyata keçirməyə çalışacaqlar”.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 2024-cü ildə Suriyada və İraqda azadlıqda qalan İŞİD üzvlərinin sayını təxminən 2,5 min nəfər olaraq qiymətləndirmişdi. Lakin komandanlıq hazırda Suriyadakı terrorçuların sayı ilə bağlı yenilənmiş məlumat verməkdən imtina edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.