AZ

Rusiyada hosteldə yanğın - Ölənlər və yaralananlar var

Rusiyanın paytaxtı Moskva yaxınlığında yerləşən Balaşixa şəhərində hosteldə yanğın baş verib. 

Missiya.Az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Moskva Vilayəti İstintaq Komitəsinin məlumatına görə, yanğın səhər saatlarında yataqxana kimi istifadə olunan üçmərtəbəli binanın ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu söndürsələr də, iki kişi və iki qadının cəsədi aşkar edilib.

Səlahiyyətli qurumlar binanın qanunsuz şəkildə yaşayış məqsədilə icarəyə verilməsi ehtimalı ilə bağlı araşdırmalara başlayıblar.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
59
missiya.az

1Mənbələr