Türkiyənin kamandan oxatma millisinin baş məşqçisi və "World Archery" məşqçilər komissiyasının sədri Göktuğ Ergin Bakıda eksklüziv məşqçilik təlimi keçəcək.
"Cebheinfo.az" xəbər verir ki, tədbir fevralın 4-5-də Azərbaycan İdman Akademiyasında təşkil olunacaq.
Təlim həm biliklərini təkmilləşdirmək istəyən məşqçilər, həm də peşəkar inkişafı hədəfləyən idmançılar üçün nəzərdə tutulub.
İştirakçılar müasir oxatma texnikalarını öyrənmək və beynəlxalq standartlara uyğun təcrübə qazanmaq imkanı əldə edəcəklər.
"Cebheinfo.az"