Rusiyada hosteldə yanğın: Çoxlu sayda ölü və yaralı var
Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Balaşixa şəhərindəki hosteldə yanğın baş verib. Hadisə nəticəsində dörd nəfər həlak olub, altı nəfər yaralanıb.
Moskva Vilayəti İstintaq Komitəsinin açıqlamasına görə, səhər tezdən yataqxana kimi istifadə edilən üçmərtəbəli binanın ikinci mərtəbəsində yanğın baş verib. Yanğınsöndürənlər alovu söndürüblər, lakin iki kişi və iki qadının cəsədi tapılıb. Yanğında ikisi uşaq da daxil olmaqla altı nəfər xəsarət alıb.
Hakimiyyət orqanları binanın qanunsuz olaraq yaşayış üçün icarəyə verilməsi ehtimalı ilə bağlı araşdırma başlatdığını açıqlayıb.
aia.az
Tərcümə şöbəsi