AZ

Kapital Bank ADNSU-da təlim keçirdi

Kapital Bank “Dayan, düşün, dəqiqləşdir” kampaniyası çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici təlimlərini davam etdirir.Metbuat.az xəbər verir ki, budəfəki təlim Kapital Bank vəAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən “AZİ Akademiya”nın təşkilatçılığı ilə elmi-pedaqoji heyət üçün keçirilib. Təlimi ADNSU-nun İctimaiyyətləƏlaqələr vəMarketinq şöbəsinin əməkdaşı Günel Tağıyeva açıb. O, çıxışında rəqəmsal mühitdə təhlükəsizlik mövzusunun aktuallığını vurğulayaraq qeyd edib ki, ali məktəbdə minlərlə tələbə təhsil alır. Onlar arasında xarici vətəndaşlar da az deyil. Xüsusən xarici tələbələrin həm bank xidmətləri, həm dəkibertəhlükəsizliklə bağlı tez-tez sualları yaranır. Akademik heyətin bu mövzuda maarifləndirilməsi tələbələrlə işin də daha effektiv qurulmasına dəstək olacaq.Görüşdə Kapital Bank-ın İctimaiyyətləəlaqələr prosesinin sahibi Arzu Əliyeva çıxış edərək bildirib ki, bu təlimin əsas məqsədi iştirakçıları kiberdələduzluq riskləri vədələduzlardan qorunma üsulları haqqında məlumatlandırmaqdır.Təlimdə Kapital Bank-ın Təhlükəsizlik departamentinin Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov təqdimatla çıxış edib. O, son dövrlərdəartan kiberdələduzluq halları, geniş yayılan fırıldaqçılıq üsulları, gündəlik rəqəmsal əməliyyatlar zamanı diqqət edilməli olan vacib məqamlar və Kapital Bank tərəfindən həyata keçirilən qabaqlayıcı təhlükəsizlik tədbirləri haqqında iştirakçıları məlumatlandırıb.İnteraktiv sual-cavab sessiyasında isə bank nümayəndələri iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıblar. Qeyd edək ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxslərlə paylaşmaması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heçkimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən mesaj tələb edə bilərlər. O həqiqətən bank əməkdaşıdırsa vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslədanışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinəvə ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün https://kbl.az/prcrc.

Seçilən
64
20
metbuat.az

10Mənbələr